Azərbaycanın mövqeyi dəyişmədi

Azərbaycanın mövqeyi dəyişmədi

Ölkələrin UEFA reytinqində dəyişikliklər olub. Buna avrokubokların pley-off mərhələsinin ikinci gününün nəticələri səbəb olub.

Çempionlar Liqası və Konfrans Liqasında baş tutan matçlardan sonra bəzi ölkələrin xal hesabı dəyişib. Azərbaycanın mövqeyi dəyişməz qalıb.

Ölkəmizin hesabında 18,875 xal var. Azərbaycan Avropada 26-cı pillədədir.

Cari mövsümün qazancı 2,125-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” 1,000, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 89,160 xal.

ETOPAZ

Əvvəlki yazı

“Qalatasaray”da ciddi itki

Növbəti yazı

Kanselo Ərəbistan yolunda