Azərbaycan Prezidenti İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçildi

Azərbaycan Prezidenti İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçildi

Milli Olimpiya Komitəsinin (MOK) onlayn formatda VIII hesabat- seçki Baş Məclisi keçirilib. Bu barədə MOK-un mətbuat xidməti məlumat yayıb. Əvvəlcə İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının hesabatı dinlənilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib.

Daha sonra İlham Əliyev, Çingiz Hüseynzadə, Fərid Qayıbov, Azər Əliyev, Zemfira Meftəhətdinova, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov, Faiq Qarayev, Könül Nurullayeva, Mariana Vasileva və Ramil Hacı MOK-un İcraiyyə Komitəsinin üzvü seçiliblər.

İclasda MOK-un Təftiş Komissiyasına üzvlərinin də seçkisi baş tutub. Lyudmila Şubina, Hicran Şərifov, Balakişi Qasımov, Niyaməddin Paşayev və Yaşar Bəşirov Təftiş Komissiyasına üzv seçiliblər.

Qeyd edək ki, Azər Əliyev baş katib postunda Ağacan Əbiyevi, gənclər və idman naziri Fərid Qayıbov vitse-prezident vəzifəsində mərhum sələfi Azad Rəhimovu, Zemfira Meftahətdinova isə Xəzər İsayevi əvəz edib.

ETOPAZ

Əvvəlki yazı

Alfonso Devis hamını qabaqladı

Növbəti yazı

Nadaldan mütləq rekord