Alfonso Devis hamını qabaqladı
İFFHS Şimali və Mərkəzi Amerika, Karib dənizi hövzəsinin ən yaxşı futbolçusunu açıqlayıb. Qurumun keçirdiyi səsvermədə Alonso Devis qalib gəlib. “Bavariya”nın kanadalı müdafiəçisi konfederasiyanın ən yaxşısı adına layiq görülüb.
İFFHS digər nominasiyalarda da ən yaxşıları müəyyənləşdirib. Gilyermo Oçoa (Meksika/“Amerika”) qapıçılar, Xavyer Aqirre (Meksika/“Monterrey”) klub məşqçiləri, Qreq Berhalter (ABŞ) milli məşqçiləri arasında hamını qabaqlayıb. Brenden Aaronson (ABŞ/“Zalsburq”) ən yaxşı pleymeyker, Said Martinez (Honduras) ən yaxşı hakim, Rikardo Pepi (ABŞ/“Dallas”) ən yaxşı gənc oyunçu adına layiq görülüb.