Azərbaycan karateçisi ikinci dəfə dünya çempionu oldu

Azərbaycan karateçisi ikinci dəfə dünya çempionu oldu

Azərbaycan karateçisi İrina Zaretska ikinci dəfə dünya çempionu olub. 25 yaşlı idmançımız BƏƏ-nin Dubay şəhərində keçirilən yarışda fərqlənib.

O, Azərbaycan karate yığmasına ilk qızıl medalı qazandırıb. 68 kq çəki dərəcəsində çıxış edən İrina bu gün keçirilən final görüşündə italiyalı Silviya Semeraroya qalib gəlib.

2018-ci ildə İspaniyanın paytaxtı Madriddə dünyanın ən güclüsü olan Zaretska üç il sonra keçirilən yarışda çempion titulunu qoruyub. Bu, millimizin Dubayda ikinci medaldır. Asiman Qurbanlı +84 kq çəki dərəcəsində bürünc mükafat əldə edib.

ETOPAZ

Əvvəlki yazı

“Verder”də iki istefa

Növbəti yazı

Lamelo Bolldan tarixi uğur