Lamelo Bolldan tarixi uğur

Lamelo Bolldan tarixi uğur

“Şarlott”un basketbolçusu Lamelo Boll NBA tarixinə düşüb. O, bir matçda xal, ribaund və ötürmə sayında ən yaxşı olmağı bacaran ikinci ən gənc oyunçudur.

“Hornets”in ulduzu “İndiana” ilə qarşılaşmada fərqlənib. O, 121:118 hesablı qələbəyə 32 xal, 11 ribaund və 8 ötürmə ilə töhfə verib.

Ötən mövsümün ən yaxşı debütantı seçilən 20 yaşlı Boll hər üç göstəricidə matçda hamını qabaqlayıb. NBA tarixində yalnız Luka Donçiç daha gənc yaşında bir oyunda üç göstəricidə hamıdan üstün olub.

ETOPAZ

Əvvəlki yazı

Azərbaycan karateçisi ikinci dəfə dünya çempionu oldu

Növbəti yazı

“Zirə” 2-ci pillədə, “Neftçi”dən ardıcıl 3-cü məğlubiyyət