“Ayntraxt”ın futbolçusu karyerasını bitirdi
Almaniya təmsilçisi “Ayntraxt”ın futbolçusu Martin Hinteregger karyerasını bitirib. O, bu addımı 29 yaşında atıb.
Avstriyalı müdafiəçi klubu ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə razılıq əldə edib. 2024-cü ildə başa çatmalı olan anlaşma üçün ödənişlər olmayacaq.
Hintereggerin ultra sağ Avstriya Azadlıq Partiyasından olan siyasətçi ilə işgüzar münasibətlərə görə sərt tənqidlərə məruz qaldığından futbola vida edib. Martın ötən mövsümün 37 oyununda 1 qol vurub.