Ayın futbolçusu adına namizədlər
Premyer Liqada ayın futbolçusu müəyyənləşmək üzrədir. Turnirin rəsmi saytı noyabrın ən yaxşısı mükafatına namizədlərin adlarını açıqlayıb.
Bunlar “Çelsi” və “Mançester Siti”nin cinah oyunçuları Rahim Sterlinqlə Ceremi Doku, “Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr, “Nyukasl”ın hücumçusu Antoni Qordon, “Luton”un qapıçısı Tomas Kaminski və “Bornmut”un müdafiəçisi Markus Tavernierdir.
Səsvermə dekabrın 6-dək davam edəcək. Azarkeşlərin seçimləri ilə futbol mütəxəssislərinin fikirləri birləşdiriləcək. Qalib gələn həftə elan olunacaq.