“Arsenal” Çempionlar Liqasında rekorda imza atdı
“Arsenal” Çempionlar Liqasında rekorda imza atıb. Klub bunu qrup mərhələsinin 5-ci turunun “Lans”la matçında bacarıb – 6:0.
Londonlular turnir tarixində ilk hissədə 5 fərqli oyunçunun qol vurduğu ilk komanda olub. İngiltərəlilərin heyətində ilk 45 dəqiqədə Kai Havertz, Qabriel Jezuş, Bukayo Saka, Qabriel Martinelli və Martin Odeqard fərqlənib.