“Ayaks”a qayıdış

“Ayaks”a qayıdış

“Ayaks” heyətinə yeni hücumçu qatıb. Bunu Niderland klubunun mətbuat xidməti açıqlayıb.

Amsterdam təmsilçisi Brayan Brobbini alıb. 20 yaşlı hücumçu üçün “Leypsiq”ə 16,35 milyon avro ödənilib. Bu rəqəm bonuslar hesabına daha 3 milyon arta bilər.

Brobbi “Ayaks”la 5 illik müqavilə imzalayıb. Bu klubun akademiyasının yetirməsi olan forvard 2021-ci ilin yayında azad agent kimi Amsterdam təmsilçisini tərk edib. “Leypsiq”də 19 oyuna 6 qol vuran niderlandlı “Ayaks”a icarəyə verilib və mövsümün ikinci hissəsində 13 matçda 7 dəfə fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 23.07.2022

Növbəti yazı

Kostiçə İngiltərədən təklif