“Ayaks” 34 nömrəni əbədiləşdirdi

“Ayaks” 34 nömrəni əbədiləşdirdi

“Ayaks” 2017-ci ildə infarkt keçirdiyi üçün karyerasını bitirən sabiq futbolçusu Abdelhak Nuri üçün təzminat ödəyəcək. Niderland klubu 25 yaşlı keçmiş yarımmüdafiəçinin ailəsinə 7,8 milyon avro ödəməyə qərar verib.

Bununla yanaşı, amsterdamlılar Niderlandın aşağı yaş qrupu yığmalarında çıxış etmiş Nurinin 34 nömrəli formasını da əbədiləşdirib. Bundan sonra “Ayaks”da həmin nömrəni heç kim geyinməyəcək.

Qeyd edək ki, “Ayaks”ın yetirməsi olan Abdelhak Nuri 2015-ci ildə əsas komandada oynamağa başlasa da, cəmi iki il sonra infarkt keçirib və bu, beynində daimi zədələnməyə səbəb olub.

ETOPAZ

Əvvəlki yazı

ÇL finalının yerinin dəyişdirilməsi ilə bağlı UEFA-dan açıqlama

Növbəti yazı

Günün kuponu – 23.02.2022