Günün kuponu – 23.02.2022
“Liverpul” – “Lids” – 2,5 Üst
Premyer liqanın bu mövsüm ən çox qol (64 qol) vuran komandası “Norviç” dən sonra qapısından ən çox top buraxan (50) komandasına qarşı. Bu oyuna 2,5 alt düşünmək çox risklidir. Hər ikisi baxımlı, publikaya hesablanmış oyun göstərir. Zənnimcə, əsl zövqverici ingilis futbolunun, bol qollu bir oyunun şahidi olacağıq.
“Fulhem” – “Piterbro” – 2,5 Üst
“Liverpul”-“Lids” matçı haqqında düşündüklərim eynən bu oyuna da aiddir. Çempionşipin lideri “Fulhem” ən çox xal topladığı kimi, həm də ən çox qol vuran komandadır (79 top). Qapısında 61 qol görən “Piterbro” isə bu göstərici ilə yalnız 62 top buraxan “Ridinq”lə müqayisədə “şükürlüdür”. Bəlkə də bu matçda hokkey hesabı olmayacaq, amma 2,5 üst qeydə alınacağına çox inanıram.
“Benfika” – “Ayaks” – 2,5 Üst
“Günün kuponu” bu dəfə tamamilə “2,5 üst”lərdən ibarətdir. Məhsuldar keçəcəyini düşündüyüm daga bir matç məhz Lissabonda keçiriləcək ÇL-in ilk 1/8 final qarşılaşmasıdır. “Ayaks” həm Niderland Liqasında, həm də avrokuboklarda əla mövsüm keçirir. Qollar, qələbələr ard-arda. “Benfika” əvvəlki illərdə olduğu kimi təhlükəli olmasa da, “ilanın quyruğunu tapdaya bilər”.