Avropada ilin idmançısı
Avropada ilin ən yaxşı idmançısı müəyyənləşib. Polşanın PAP agentliyinin keçirdiyi sorğuda dünyanın birinci raketkası Novak Cokoviç birinci yeri tutub. Serbiyalı 172 xal toplayıb. Onun ən yaxın izləyicisi Robert Levandovski 39 xal geri qalıb. Üçüncü yeri isə 125 xalla “Red Bull” komandasının niderlandlı pilotu, “Formula 1” üzrə dünya çempionu Maks Ferstappen tutub.
Cokoviç dördüncü dəfə qitənin ən yaxşısı olub. O, 2011, 2015 və 2018-ci illərdə də bu ada yiyələnib.
Qeyd edək ki, 34 yaşlı tennisçi bu il “Australian Open”, “Rolan Qarros” və “Uimbldon”un qalibi, “US Open”in finalçısı olub.