Premyer Liqada iki rekord
İngiltərə Premyer Liqasının XIX turu iki rekordla əlamətdar olub. “Tottenhem” – “Kristal Pelas” və “Mançester Siti” – “Lester” oyunlarında yeni “Boxing Day” rekordu qırılıb.
“Kristal Pelas” üzərində 3:0 hesablı qələbə qazanan “Tottenhem” ardıcıl 15 mövsümdür “Boxing Day” matçlarında uduzmur. “Etihad” stadionunda keçirilən qarşılaşmada isə “Mançester Siti” “Lester”i 6:3 hesabı ilə üstələyib. Bu, “Boxing Day” tarixinin ən məhsuldar matçı olub. İndiyə qədər hər hansı bir görüşdə komandalar birlikdə 9 qol vura bilməmişdilər.