Avropa Liqasında mövsümün son püşkü atıldı

Avropa Liqasında mövsümün son püşkü atıldı

Avropa Liqasında 1/4, 1/2 və final mərhələlərinin püşkü atılıb. Püşkatma mərasimi Avropa Futbol Evində təşkil olunub.

Mövsümün son püşkatmasında qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən 8 komanda qatılıb. Onlar 1/4 cütlərini, yarımfinalın mümkün cütlüklərini, həmçinin finalın nominal meydan sahibini müəyyənləşdiriblər. 1/4 final oyunları aprelin 7-də və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də keçiriləcək. İspaniyanın Sevilya şəhərindəki Ramon Sançes Pisxuan stadionunun qəbul edəcəyi final qarşılaşması mayın 18-də baş tutacaq.

Avropa Liqası

1/4 final

1. “Leypsiq” (Almaniya) – “Atalanta” (İtaliya)

2. “Ayntraxt” (Almaniya) – “Barselona” (İspaniya)

3. “Vest Hem” (İngiltərə) – “Lion” (Fransa)

4. “Braqa” (Portuqaliya) – “Reyncers” (Şotlandiya)

1/2 final

5. 1-ci cütün qalibi – 4-cü cütün qalibi

6. 3-cü cütün qalibi – 2-ci cütün qalibi

Final

7. 6-cı cütün qalibi – 5-ci cütün qalibi

ETOPAZ

Əvvəlki yazı

Alkaras ilk dəfə yarımfinalda

Növbəti yazı

Tiranaya aparan yol