Tiranaya aparan yol

Tiranaya aparan yol

İlk dəfə keçirilən Konfrans Liqasında mövsümün son püşkü atılıb. Püşkatma mərasimi Avropa Futbol Evində baş tutub.

Tədbirdə qitənin üçüncü dərəcəli klub turnirində kubok uğrunda mübarizəni davam etdirən 8 komanda 1/4 final cütləri təşkil edib. Həmçinin, bu cütlər yarımfinaldakı mümkün rəqiblərini tanıyıb və finalın nominal meydan sahibinin hansı cütdən olacağı dəqiqləşib.

Konfrans Liqasında 1/4 final oyunları aprelin 7-də və 14-də təşkil olunacaq. Finalçılar aprelin 28-də və mayın 5-də keçiriləcək yarımfinal matçlarında bəlli olacaq. Albaniyanın paytaxtı Tiranadakı Milli stadiondakı həlledici qarşılaşma mayın 25-də keçiriləcək.

Konfrans Liqası
1/4 final
1. “Bodo Qlimt” (Norveç) – “Roma” (İtaliya)
2. “Feyenoord” (Niderland) – “Slaviya” (Çexiya)
3. “Marsel” (Fransa) – PAOK (Yunanıstan)
4. “Lester” (İngiltərə) – PSV (Niderland) 

1/2 final
5. 4-cü cütün qalibi – 1-ci cütün qalibi
6. 2-ci cütün qalibi – 3-cü cütün qalibi

Final
7. 5-ci cütün qalibi – 6-cı cütün qalibi

ETOPAZ

Əvvəlki yazı

Avropa Liqasında mövsümün son püşkü atıldı

Növbəti yazı

“ASK Arena”da bərabərlik, “Neftçi” 2-ci yerə yüksəldi