Avropa İttifaqının 16 ölkəsi Superliqaya qarşı çıxdı

Avropa İttifaqının 16 ölkəsi Superliqaya qarşı çıxdı

Avropa İttifaqının əksər ölkələri Superliqanın əleyhinə çıxıb. 27 ölkədən 16-sı bununla bağlı Avropa İttifaqının Məhkəməsinə yazılı şəkildə müraciət edib. Məhkəmə FİFA və UEFA-nın dünya futboluna tam nəzarət hüququna malik olub-olmadığını araşdırır.

Superliqa layihəsindən hələ də imtina etməyən üç klub – “Real”, “Barselona” və “Yuventus”un təmsil etdiyi ölkələr İspaniya və İtaliya da bunun əleyhinə çıxıb. Almaniyanın da bu 16 ölkəyə qoşulacağı gözlənilir.

ETOPAZ

Əvvəlki yazı

Monteyro qarət olundu

Növbəti yazı

Çempionlar Liqasında həftənin oyunçusu