AVRO-2032-yə ilk namizəd

AVRO-2032-yə ilk namizəd

İtaliya 2032-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edə bilər. Apenninlilər bunun üçün namizədliyini irəli sürəcək.

İtaliya Futbol Federasiyası AVRO-2032-nin təşkilində maraqlı olduğu barədə UEFA-ya məlumat verib. Namizədlik layihəsi 2023-cü il aprelin 12-dək təqdim edilməlidir. Turnirin yeri ilə bağlı qərarın gələn ilin sentyabrında veriləcəyi gözlənilir. İtaliya 1968 və 1980-ci illərdə Avropa çempionatına ev sahibliyi edib.

ETOPAZ

Əvvəlki yazı

Dembele karyerasını bitirdi

Növbəti yazı

“Qarabağ” dünyada 162-cidir