AVRO-2024-də erkən final

AVRO-2024-də erkən final

AVRO-2024-də 1/8 final mərhələsi davam edir. Bu gün raundun daha bir matçı keçirilib.

İspaniya Gürcüstanla qarşılaşıb. Oyunda hesabı qonşularımız açıb. Robin Le Norman avtoqol müəllifi olub. Lakin “qırmızı fürya” özünə gəlməyi bacarıb. Komanda Rodri ilə bərabərlik topunu vurub. Ardından Fabian Ruiz “buğalar”ı önə keçirib. Daha sonra Niko Uilyams fərqlənib. Oyunda son nöqtəni isə Dani Olmo qoyub – 4:1.

Bununla da, İspaniya 1/4 finalda Almaniyanın rəqibi olub.

ETOPAZ

Əvvəlki yazı

İngiltərə İsveçrəyə rəqib oldu

Növbəti yazı

Meksika kubokla vidalaşdı