“Australian Open”in təsnifat mərhələsinin vaxtı dəyişdirildi

“Australian Open”in təsnifat mərhələsinin vaxtı dəyişdirildi

“Australian Open”in təsnifat mərhələsinin yeri və vaxtı dəyişdirilib. Təşkilatçılar bu qarşılaşmaları 2021-ci ilin dekabrında keçirməyi planlaşdırır.

Cari mövsümdəki kimi oyunların yenə Yaxın Şərqdə təşkili nəzərdə tutulub. Bu, Avstraliyaya xüsusi dəvətnamə alacaq tennisçilər və onların komanda üzvlərinin sayının azalmasına xidmət edir.

Təsnifat mərhələsinin dekabrın sonlarına salınması tennisçilərin Avstraliyaya daha tez getməsinə imkan yaradacaq. Əsas mərhələ 2022-ci il yanvarın 17-də start götürəcək.

ETOPAZ

Əvvəlki yazı

Ən çox qazanan futbolçular

Növbəti yazı

“Mançester Yunayted” Marsialı satır