“Mançester Yunayted” Marsialı satır

“Mançester Yunayted” Marsialı satır

İngiltərənin “Mançester Yunayted” klubu Antoni Marsialla bağlı qərarını verib. Klub rəhbərliyi oyun praktikası qazanmaqda çətinlik çəkən hücumçunu satmağı planlaşdırır.

25 yaşlı fransalının agentlərinə ona klub axtarmaq tapşırığı verilib. Marsialın qış transfer pəncərəsində satılması nəzərdə tutulub.

Mançesterlilər onun üçün 40 milyon funt sterlinq istəyir. Futbolçunun keçidinə maaşının yüksək olması əngəl yaradır. O, həftədə 250 min funt sterlinq qazanır.

Xatırladaq ki, Marsialın müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

“Australian Open”in təsnifat mərhələsinin vaxtı dəyişdirildi

Növbəti yazı

“Yuventus”un futbolçusu qəza törətdi