“Atletiko”dan ABŞ-a

“Atletiko”dan ABŞ-a

“Atletiko”nun futbolçusu MLS klubuna keçib. Madrid təmsilçisinin yarımmüdafiəçisi Hektor Herrera karyerasını ABŞ-da davam etdirəcək.

Meksikalı oyunçu “Hyuston Dinamo” klubu ilə anlaşıb. Tərəflər arasında 3 illik müqavilə imzalanıb.

Onun Madrid klubu ilə müqaviləsi iyun ayının 30-da bitəcək. 31 yaşlı yarımmüdafiəçi yeni komandasına yayda qoşulacaq.

Qeyd edək ki, Hektor Herrera “Atletiko”ya 2019-cu ilin yayında “Porto”dan keçib.

ETOPAZ

Əvvəlki yazı

“Liverpul”dan Kloppla ilk

Növbəti yazı

Ançelotti “Mançester Yunayted” yolunda