Ançelotti “Mançester Yunayted” yolunda

Ançelotti “Mançester Yunayted” yolunda

Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti karyerasını İngiltərədə davam etdirə bilər. “Mançester Yunayted” 63 yaşlı mütəxəssisin namizədliyini nəzərdən keçirir.

Onun “qırmızı-şeytanlar”ın sabiq baş məşqçisi Aleks Ferqyuson və hazırkı baş direktor Riçard Arnoldla münasibətlərinin yaxşı olduğu bildirilir. İtaliyalı baş məşqçini kluba Ferqyuson tövsiyə edib.

“Mançester Yunayted”də Fransa PSJ-sinin sükanı arxasında olan Maurisio Poçettino və Hollandiya “Ayaks”ına rəhbərlik edən Erik Ten Haq da namizədlər siyahısındadır.

Qeyd edək ki, komandanın hazırkı baş məşqçisi Ralf Ranqnikin müqaviləsi mövsümün sonunda başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

“Atletiko”dan ABŞ-a

Növbəti yazı

Makqreqor “Çelsi” arzusunda