“Atletiko”da yeni müqavilə

“Atletiko”da yeni müqavilə

“Atletiko” futbolçusu Anxel Korrea ilə müqaviləni uzadıb. Hücumçu ilə 2026-cı ilin yayına qədər nəzərdə tutulan anlaşma imzalanıb.

Argentinalı 2014-cü ilin dekabrından İspaniya klubunda çıxış edir. O, bu müddətdə 305 oyun keçirib.

“Atletiko”nun indiki heyətində yalnız iki oyunçu daha çox matçda iştirak edib.  Bunlar Koke (519) və Yan Oblakdır (323).

e-Topaz

Əvvəlki yazı

Buffon koronavirusa yoluxdu

Növbəti yazı

“Nyu-York”da vida