“Atletiko” Nunesi istəyir

“Atletiko” Nunesi istəyir

“Atletiko” heyətinə yeni oyunçu qatmaq fikrindədir. Komanda “Benfika”nın hücumçusu Darvin Nuneslə maraqlanır.

Uruqvaylı oyunçu Madrid klubunun ön xəttini gücləndirmək üçün əsas hədəfidir. Nunes “İnter”in futbolçusu Lautaro Martinezlə birlikdə “Atletiko”nun transfer siyahısında önəmli yer tutur. “Benfika”nın hücumçusu üçün ən azı 70 milyon avro istəməsi gözlənilir.

Qeyd edək ki, Darvin bu mövsüm Portuqaliya klubunun heyətində bütün yarışlarda 33 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Rays “Mançester Siti”nin hədəfində

Növbəti yazı

“Nyukasl” Navas arzusunda