“Atalanta”da yeni müqavilə
“Atalanta”nın baş məşqçisi Can Piero Qasperininin taleyinə aydınlıq gəlib. Klub rəhbərliyi mütəxəssisin işindən məmnundur.
Tərəflər yaxın zamanda müqaviləni yeniləyə bilər. İtaliya mətbuatında çalışdırıcı ilə top-klubların maraqlandığı bildirilir. Bu səbəbdən Berqamo təmsilçisi mütəxəssislə yeni sözləşmə imzalamağı planlaşdırır. Ona 2026-cı ilə qədər nəzərdə tutulan anlaşma təklif olunacaq.