Poçettino Nkunku məsələsinə aydınlıq gətirdi

Poçettino Nkunku məsələsinə aydınlıq gətirdi

“Çelsi”də Kristofer Nkunkunun zədəsi davam edir. Komandanın baş məşqçisi Maurisio Poçettino onun durumu barədə danışıb.

Mütəxəssis hücumçunun mövsümün sonuna qədər yaşıl meydanlara dönəcəyinə inanır. Çalışdırıcı bu barədə açıqlamasında bildirib:

“Həkimlər onun vəziyyətinin günü-gündən yaxşılaşdığını söyləyirlər. Forvard son bir neçə gündə bəzi təlimlərdə iştirak etmək imkanı qazanıb.

İndi onun bədəninin reaksiyasını izləməliyik. Sonra onun necə inkişaf etdiyini görəcəyik. Ümid edirik ki, ən qısa zamanda, ən azından mövsümün sonuna qədər Nkunkunu meydanlarda görəcəyik”.

ETOPAZ

Əvvəlki yazı

“Atalanta”da yeni müqavilə

Növbəti yazı

Qvardiola “Mançester Siti”ni tərk edir