“Aston Villa”da yeni müqavilə

“Aston Villa”da yeni müqavilə

Emiliano Martinesin durumuna aydınlıq gəlib. O, “Aston Villa”da qalıb.

Qolkiper komandası ilə yeni müqavilə imzalayıb. Bunu Birmingem klubunun mətbuat xidməti açıqlayıb.

Tərəflər arasında yeni razılaşma 2029-cu ilədək nəzərdə tutulub. Martines 2020-ci ildən komandada çıxış edir. O, Premyer Liqada bir mövsümdə ən çox quru oyun keçirən qapıçıdır. Onun hesabında 15 belə matç var.

ETOPAZ

Əvvəlki yazı

Joao Feliks “Çelsi”də

Növbəti yazı

“Qalatasaray”da ciddi itki