“Arsenal”ın Morata planı

“Arsenal”ın Morata planı

“Arsenal” Alvaro Moratanı transfer etməyi planlaşdırır. İngiltərə təmsilçisi yayda hücum xəttini gücləndirməyə qərar verib.

Londonlular “Mançester Siti”dən Qabriel Jezusu istəsə də, klub rəhbərliyi onun üçün yüksək məbləğ tələb edir. Bu üzdən də “topçular” diqqətini “Atletiko”nun ispaniyalı hücumçusuna yönəldib.

29 yaşlı forvardın madridlilərlə anlaşması 2023-cü ilin yayında başa çatacaq. Onun transfer qiyməti 25 milyon avro ilə dəyərləndirilir. Ötən mövsümü “Yuventus”da keçirən Alvaro icarədə olduğu klubdakı 48 matçda 12 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Badosa mövqeyini itirdi

Növbəti yazı

Belottiyə yeni təklif