Badosa mövqeyini itirdi
Qadın tennisçilərin dünya reytinqi açıqlanıb. WTA-nın cədvəlinə yenə İqa Şventek başçılıq edir.
“Top-10”da bəzi yerdəyişmələr baş verib. Paula Badosa 3-cü pillədəki mövqeyini itirib. O, Ons Jaberi özündən önə buraxıb.
1 (1). İqa Şventek (Polşa) – 8631
2 (2). Anett Kontaveyt (Estoniya) – 4511
3 (4). Ons Jaber (Tunis) – 4340
4 (3). Paula Badosa (İspaniya) – 4245
5 (6). Mariya Sakkari (Yunanıstan) – 4205
6 (5). Arina Sobolenko (Belarus) – 4145
7 (7). Karolina Plişkova (Çexiya) – 3777
8 (9). Daniel Kollins (ABŞ) – 3255
9 (8). Cessika Pequla (ABŞ) – 3185
10 (10). Qarbinye Muqurusa (İspaniya) – 2961