“Arsenal”dan yeni transfer

“Arsenal”dan yeni transfer

“Arsenal” heyətini yeni oyunçu ilə gücləndirib. Klub Polşa millisinin və İtaliyanın “Spetsya”sının mərkəz müdafiəçisi Yakub Kivyoru rənglərinə bağlayıb.

22 yaşlı futbolçu artıq “topçular”la 5,5 illik müqavilə imzalayıb. Klublar 25 milyon avroya transferi tam razılaşdırıblar. Sabah və ya birigün “Arsenal”ın bu transferi rəsmi şəkildə açıqlayacağı gözlənilir.

ETOPAZ

Əvvəlki yazı

Perrone “Mançester Siti”də

Növbəti yazı

Günün kuponu – 23.01.2023