Günün kuponu – 23.01.2023
“Bolonya” – “Kremonese” QOL/QOL
Meydan sahibləri 22 xalla 11-ci yerdədir. Ötən tur “Sassuolo” üzərində qələbə qazanan “Bolonya” evdə kifayət qədər əzmkar oyun nümayiş etdirir. Qonaqlar İtaliya Kubokunda “Napoli”ni sıradan çıxarmaqla sensasiyaya imza atdı. Fikrimcə bu matçda tərəflər meydanı qolsuz tərk etməyəcək.
“İnter” – “Empoli” 1
“Yuve”nin cəzasından sonra ilk üçlükdə möhkəmlənən “İnter” evdə “Empoli”ni qəbul edir. Qonaqlar son dəfə neradzura üzərində 2006-cı ildə qələbə qazanıb. Digər matçlarda “İnter” qələbə qazanıb. Yalnız bir oyun qolsuz bərabərliklə başa çatıb. Bu görüşdə neradzuranın qalib olacağını düşünürəm.
Sudan – Madaqaskar ÜST2.5
Afrika Millətlər Çempionatında qrup mərhələsinin ikinci turunun oyununa mərc etməyi təklif edirəm. İlk turda Madaqaskar Qana üzərində qələbə qazanıb (2-1). Sudan isə həmin Qanaya uduzub (1-3). Bu oyun Sudan üçün son şans sayılır. Amma Madaqaskarı da hesabda silmək olmaz.