“Arsenal”da yeni müqavilə
“Arsenal” daha bir oyunçusunu klubda saxlamağa qərar verib. Klub misirli yarımmüdafiəçisi Muhammed Elneni ilə müqaviləni uzadacaq.
Tərəflər arasında yeni müqavilə 2023-cü ilə qədər hesablanacaq. Həmçinin, sözləşmənin daha bir il uzadılması variantı da bura əlavə olunacaq.
Qeyd edək ki, 29 yaşlı Elneni 2016-cı ilin yanvarında “Bazel”dən “Arsenal”a keçib.