“Real”da ayrılıq

“Real”da ayrılıq

“Real”da daha bir ayrılıq baş verəcək. Klubun yarımmüdafiəçisi Daniel Sebalyos yayda paytaxt klubunu tərk edəcək.

Futbolçu və klub yarımmüdafiəçinin növbəti transfer pəncərəsində Madriddən ayrılacağına qərar verib. Daha əvvəl bildirilmişdi ki, “Betis” yay transfer pəncərəsində 25 yaşlı futbolçu üçün 7 milyon avro təklif etməyə hazırdır.

Sebalyosun özünün də “Betis”ə qayıtmağa qarşı olmadığı bildirilir. Tərəflər arasında mövcud müqavilə 2023-cü ildə başa çatır.

ETOPAZ

Əvvəlki yazı

NBA tarixində ilk

Növbəti yazı

“Arsenal”da yeni müqavilə