“Arsenal” Partini satmağa hazırdır
“Arsenal”da ayrılıq baş verə bilər. Tomas Parti komanda tərk etməyə yaxındır.
Klub onu yanvarda satmağa hazırdır. 30 yaşlı futbolçunun getməsinin əsas səbəbi çoxsaylı zədələrdir. “Arsenal”da dörd il ərzində Parti zədə səbəbindən 51 matç buraxıb. Yarımmüdafiəçi həm də klubda ən yüksək maaş alan oyunçulardan biridir.