“Mançester Yunayted”in uğursuz seriyası davam edir
“Mançester Yunayted”in uğursuz seriyası davam edir. Bütün yarışları nəzərə alsaq, komanda mövsümün açılışında keçirdiyi 17 matçın 9-da məğlub olub.
Bu, 1973-74 mövsümündən sonra ilk dəfə “qırmızı şeytanlar”ın başına gəlib. Mankunianlar 17 oyundan yalnız 8-də qələbə qazanıb və 1 heç-heçə edib. Erik ten Haqın komandası dünən Çempionlar Liqasının qrup mərhələsində Danimarka “Kopenhagen”inə məğlub olub.