“Arsenal” Nketia ilə müqavilə imzaladı
“Arsenal” daha bir oyunçusunu komandada saxlayıb. Klub Eddi Nketia ilə yeni müqavilə imzalayıb.
23 yaşlı ingiltərəli “topçular”la yeni uzunmüddətli sözləşmə bağlayıb. Müqavilə 5 illik, yəni 2027-ci ilə qədər hesablanıb.
Həmçinin, hücumçunun yeni forma nömrəsi müəyyənləşib. O, klub tarixinin bombardiri Tyerri Anrinin oynadığı 14 nömrəli formada çıxış edəcək.