Mirante daha bir mövsüm “Milan”da

Mirante daha bir mövsüm “Milan”da

“Milan” daha bir futbolçusunu heyətində saxlayıb. A seriyasının çempionu qapıçısı Antonio Mirante ilə əməkdaşlığı davam etdirib.

“Rossonyerlər” müqavilə müddəti başa çatan 38 yaşlı qolkiperlə yeni sözləşmə imzalayıb. Bu sazişə əsasən, Mirante 2023-cü ilin yayına qədər İtaliya klubunda qalacaq.

Qeyd edək ki Antonio Mirante ötən ilin oktyabrından “Milan”da çıxış edir.

ETOPAZ

Əvvəlki yazı

“Arsenal” Nketia ilə müqavilə imzaladı

Növbəti yazı

Osaka Uimbldonda olmayacaq