“Arsenal” Jezuşu istəyir

“Arsenal” Jezuşu istəyir

“Arsenal” mövsümün sonunda hücum xəttini gücləndirmək niyyətindədir. Aleksander Lyakazettlə yollarını ayırmağa hazırlaşan London klubu ön xətdəki boşluğu doldurmaq üçün çalışmalarına başlayıb.

“Topçular” “Mançester Siti”nin hücumçusu Qabriel Jezuşa göz dikib. Son matçlarda qollarını sıralayan Braziliya millisinin üzvü üçün “Arsenal” 35 milyon funt sterlinq ödəməyə hazırdır. “Şəhərlilər” Dortmund “Borussiya”sının forvardı Erlinq Halandı transfer edə bilsə, Jezuşun gedişinə razılıq verəcək.

Qeyd edək ki, 25 yaşlı forvard 2017-ci ildən “Mançester Siti”nin formasını geyinir.

ETOPAZ

Əvvəlki yazı

Mahir Emreli zədələndi

Növbəti yazı

A Seriyası klubunda ayrılıq