Argentinalı əfsanədən vida
Argentina basketbolunun əfsanəsi Luis Skola karyerasını başa vurub. 41 yaşlı hücumçu 2020/21 mövsümündə şərəfini qoruduğu İtaliyanın “Vareze” klubunun baş direktoru təyin olunub.
Beş Olimpiya Oyunlarının iştirakçısı olan Skola Afina-2004-ün çempionu, Pekin-2008-in bürünc mükafatçısıdır. O, 2002-ci və 2019-cu illərdə dünya çempionatlarının gümüş medalını qazanıb.
Peşəkar karyerasına 1995-ci ildə başlayan argentinalı 2002-ci ildə NBA-da debüt edib. O, 10 mövsüm ərzində “Hyuston”, “Finiks”, “İndiana”, “Toronto” və “Bruklin”də çıxış edib. Skola 743 matçda orta hesabla 12 xal toplayıb.