Ardıcıl ikinci dəfə ən yaxşı
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi məlum olub. Dekabrın ən yaxşısı adına “Mançester Siti”in çalışdırıcısı Xosep Qvardiola layıq görülüb.
Ötən ay onun yetirmələri 7 matçın hamısında qalib gəliblər. Noyabrda da ən yaxşı seçilən Qvardiola ardıcıl 2-ci, ümumilikdə 11-ci dəfə bu mükafatı qazanıb.