Messinin durumu

Messinin durumu

PSJ-nin futbolçusu Lionel Messinin durumuna aydınlıq gəlib. Bunu Fransa klubunun mətbuat xidməti açıqlayıb.

Argentinalı hücumçu yalnız gələn həftə komanda məşqlərinə qatılacaq. Koronavirusdan sağaldıqdan sonra bərpa prosesi keçən 36 yaşlı forvard “Brest”lə qarşıdakı matçı da buraxacaq. Bu oyun sabah baş tutacaq. Messi Argentina yığmasının Çili ilə yanvarın 28-də, Kolumbiya ilə fevralın 2-də baş tutacaq DÇ-2022-nin seçmə mərhələsinin oyunlarını da buraxacaq.

ETOPAZ

Əvvəlki yazı

Premyer Liqada təxirəsalma

Növbəti yazı

Ardıcıl ikinci dəfə ən yaxşı