Ardıcıl 9-cu qələbə

Ardıcıl 9-cu qələbə

NBA-da müntəzəm çempionatın növbəti oyunları keçirilib. “Orlando” “Vaşinqton”u qəbul edib.

“Mecik” bu matçda 130:125 hesabı ilə qalib gəlib. Bu, meydan sahiblərinin ardıcıl 9-cu qələbəsi olub.

“Orlando” bununla da klub tarixinin rekordunu təkrarlayıb. Florida təmsilçisi tarixində 4-cü dəfə ardıcıl  9 qələbə qazanıb.

Bunadək 1994, 2001 və 2010-11-ci illərdə də belə seriya yaşanıb.

ETOPAZ

Əvvəlki yazı

Mbappedən imtina

Növbəti yazı

“Bavariya”nın qapıçı planı