Ardıcıl 4-cü məğlubiyyət
“Qolden Steyt” ardıcıl 4-cü məğlubiyyətini alıb. “Uorriors” “Leykers”lə səfər matçından məğlub ayrılıb – 116:124.
Bu, komandanın mövsümdə ən uğursuz seriyasıdır. “Qolden Steyt” bu çempionatda ardıcıl 4 dəfə uduzmamışdı. Son 10 görüşdə isə cəmi 2 qələbə əldə olunub.
Hazırda kaliforniyalılar Qərb konfransında üçüncüdür. 43 qələbəsi olan “Uorriors” 21 dəfə uduzub.