Ardıcıl 21-ci qələbə

Ardıcıl 21-ci qələbə

Dünyanın birinci raketkası İqa Şventek qələbə seriyasını davam etdirir. Polşalı tennisçi Ştutqartdakı turnirin 1/4 finalında Emma Radukanuya qalib gəlib – 6:4, 6:4.

Bu, İqanın ardıcıl 21-ci qələbəsi olub. O, Dohada 5, İndian-Uellsdə və Mayamidə 6, Billi Cin Kinq turnirində 2 qələbənin ardından Ştutqartda da ikinci dəfə rəqibini məğlub edib.

Bu, XXI əsrin ən uzun 10 qələbə seriyasından biridir. Şventek ardıcıl 28 setdə də uduzmayıb. Bu, 2012-13-cü illərdə analoji seriyaya imza atan Serena Uilyamsdan sonra buna nail olan ilk tennisçidir.

ETOPAZ

Əvvəlki yazı

Mbappeyə 50 milyon avro

Növbəti yazı

Embiidin barmağı qırıldı