Ardıcıl 15-ci qələbə

Ardıcıl 15-ci qələbə

Dünyanın 6-cı raketkası Daniil Medvedev qələbə seriyasını davam etdirir. Rusiyalı tennisçi ardıcıl 15-ci dəfə qalib gəlib.

O, İndian-Uellsdəki “Masters”in ikinci mərhələsini uğurla adlayıb. Medvedev Brendon Nakaşimanı məğlub edib – 6:4, 6:3.

Medvedev son üç həftədə bütün turnirlərdə qalib olub. O, Rotterdam, Doha və Dubayda titul qazanıb.

Bu, Daniilin karyerasında ikinci ən uğurlu seriyadır. O, 2020-ci ilin sonu və 2021-ci ilin əvvəlində ardıcıl 20 dəfə qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

Tovuzda qollu heç-heçə

Növbəti yazı

“Denver”də yeni rekordçu