Ardıcıl 13-cü məğlubiyyət
“Anje” Fransa antirekorduna imza atıb. Klub Liqa1-də ardıcıl 13-cü dəfə uduzub.
Bununla da çempionatın yeni antirekord qeydə alınıb. “Anje” XXI turda “Ayaçço”ya məğlub olub – 1:2.
“Anje” sonuncu dəfə ötən il sentyabrın 18-də xal qazanıb. Həmin vaxt “Nitsa”nı 1:0 hesabı ilə məğlub edən komanda hazırda 8 xalla turnir cədvəlinin autsayderidir.