“Sabah” və ”Neftçi”dən qələbə

“Sabah” və ”Neftçi”dən qələbə

Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulub. Bu gün daha 2 qarşılaşma baş tutub.

“Qəbələ” ”Sabah”ı qəbul edib. Görüşdə 3 qol qeydə alınıb. Qonaqlar Davit Volkov, Con İrasabal və Coy Lens Mikelsin qolları ilə böyükhesablı qələbə qazanıb – 3:0.

Digər matçda ”Neftçi” ”Zirə”ni qonaq edib. Matçda 1 qol vurulub. Voislav Stankoviç meydan sahiblərinə qələbə qazandırıb.

ETOPAZ

Əvvəlki yazı

Seferoviç İspaniya klubunda

Növbəti yazı

Ardıcıl 13-cü məğlubiyyət