“Araz-Naxçıvan”ın rəqibləri bəlli oldu

“Araz-Naxçıvan”ın rəqibləri bəlli oldu

UEFA-nın İsveçrənin Nyon şəhərindəki iqamətgahında futzal üzrə Çempionlar Liqasının 2024/2025 mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb. Azərbaycan çempionu “Araz-Naxçıvan”ın da rəqibləri bəlli olub.

Təmsilçimiz ilk mərhələdə H qrupunda “Uddevalla” (İsveç), “Sillamae Silla” (Estoniya) və “Sparta” (Belfast, Şimali İrlandiya) ilə qarşılaşacaq.

Oyunlar avqustun 20-25-də İsveçdə keçiriləcək.

“Araz-Naxçıvan” əsas mərhələyə vəsiqə qazansa, B yolunda 5-ci qrupda yer alacaq. Təmsilçimizin rəqibləri “Etual Lavallua” (Fransa) və “Stolitsa” (Belarus) ilə yanaşı ilkin mərhələnin B qrupunun qalibi olacaq. Həmin qrupda “Minerva” (İsveçrə), “Amiqo Nortvest” (Bolqarıstan), “Fiorentina” (San Marino) və “Cymru” (Uels) yer alıb.

Əsas mərhələnin oyunları oktyabrın 22-dən 27-dək Fransada keçiriləcək. Bu qrupdan elit-raunda turnir cədvəlini birinci pillədə başa vuracaq komanda yüksələcək.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted”də yeni müqavilə

Növbəti yazı

Günün kuponu – 05.07.2024