“Araz-Naxçıvan”dan növbəti transfer

“Araz-Naxçıvan”dan növbəti transfer

“Araz-Naxçıvan” heyətinə yeni futbolçu qatıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Naxçıvan təmsilçisi braziliyalı mərkəz yarımmüdafiəçi Karlos Jatoba ilə anlaşıb. 29 yaşlı futbolçu tibbi müayinədən keçib və mövsümün sonuna qədər “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq. Onun son klubu Rumıniya “Politexnika Lasi”si olub. İtaliya pasportuna da sahib olan futbolçu buna qədər vətənində “Firquerense”, “Korintians”, “Londrina”, “Atletiko”, “Brazil Pelotas”, “Santo Andre”, “Sao Bento”, Bolqarıstanın “Dunav”, Portuqaliyanın “Sportinq” komandalarında çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” Jatobaya qədər Tərlan Əhmədli, Ürfan Abbasov, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadəni heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli və Miço Kuzmanoviçlə müqaviləni yeniləyib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 06.07.2024

Növbəti yazı

Merih Demirala 2 oyunluq cəza