Aquerodan debüt, Koutinyo 11 aydan sonra qol vurdu

Aquerodan debüt, Koutinyo 11 aydan sonra qol vurdu

“Barselona” İspaniya La Liqasının IX turunda “Valensiya” ilə qarşılaşıb. Ronald Kumanın yetirmələri bu oyunda 3:1 hesabı ilə qalib gəlib. Bu qarşılaşma iki ilklə əlamətdar olub.

Kataloniya təmsilçisinin qollarından birinin müəllifi olan Filippe Koutinyo həm mövsümdə, həm də son 11 ayda ilk dəfə qol vurub. 29 yaşlı braziliyalı sonuncu dəfə 2020-ci il noyabrın 29-da fərqlənmişdi. Koutinyo 2021-ci ilin ilk yarısını zədə səbəbindən buraxıb.

Matçın 87-ci dəqiqəsində meydana daxil olan Serxio Aquero “Barselona”da debüt edib. Yayda azad  agent kimi klubunu dəyişən argentinalı hücumçu iki aya yaxın zədədən əziyyət çəkdiyi üçün debütü yalnız indi baş tutub.

ETOPAZ

Əvvəlki yazı

İkinci titul

Növbəti yazı

90 milyonluq anlaşma